İnşası davam edən binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

02:00 14-09-2021 461

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib.

Hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığı əks olunub.

Xoşbəxtlikdən qadın təhlükəyə zamanında reaksiyaya göstərərək xəsarət almaqdan yayına bilib.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)