Bayden Luiziana ştatında fövqəladə vəziyyət elan etdi

14:20 14-09-2021 26

ABŞ Prezidenti Co Bayden yaxınlaşan “Nikolas” tropik fırtınası səbəbiylə Luiziana ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.

O, yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsi barədə göstəriş verib.

Müvafiq bəyanat Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd edək ki, avqustun 21-nə keçən gecə üçüncü dərəcəli “Qreys” qasırğası Verakruz ştatını bürüyüb. Qasırğa 11 nəfərin ölümünə səbəb olub - onların altısı bir ailənin üzvü idi.

Mənbə: TASS