Çex Respublikasının prezidenti xəstəxanaya yerləşdirildi

16:00 14-09-2021 23

Çex Respublikasının Prezidenti Miloş Zeman Praqada Mərkəzi Hərbi Xəstəxanaya yerləşdirilib.

Onun həyat yoldaşı İvana da xəstəxanaya gəlib.

Xəstəxanadan Zemanın yerləşdirilməsi ilə bağlı məlumat təsdiqlənib. Bunun uzunmüddətli ola biləcəyi də istisna edilməyib.

76 yaşlı Zeman nevropatiyadan əziyyət çəkir və eyni zamanda şəkərli diabetdən müalicə olunur. Bu ilin aprel ayında o əlil arabasında hərəkət etmək məcburiyyətində qaldığını açıqlayıb.

2013-cü ildə prezident seçilən Zeman beş ildən sonra, 2018-ci ildə yenidən beş illik müddətə ölkə başçısı seçilib.

Mənbə: Novinky.cz