Zooloqlar inəklərə tualetə getməyə öyrədib

07:00 15-09-2021 400

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar.

Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir.

Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərlə qarşılaşırlar.

Bundan əlavə, iqlimşünaslar, mal-qaranın qlobal istiləşməyə töhfə verən istixana qazlarının mənbəyi olduğunu iddia edirlər.

İqlimşünaslar iddia edirlər ki, iri buynuzlu mal-qara parnik qazlarının mənbəyi hesab olunur, bu isə öz növbəsində qlobal istiləşməyə gətirib çıxarır.

İnəklərin ətraf mühitə vurduğu zərəri azaltmaq məqsədi ilə Almaniyada Nil Dirksenin rəhbərliyi altında zooloqlar inəkləri tualetə getmək vərdişlərini yaratmağa cəhd göstəriblər.

Beləliklə çox qısa müddət ərzində inəklər yemək mükafatı qarşılığında onlar üçün müəyyən edilən yerdə sidik ifraz etmək adətini mənimsəyiblər.

Nəticə əldə etmək üçün mütəxəssislərə heyvanlarla 15 gün məşq etmək kifayət edib

Elm adamları əmindirlər ki, toplanan sidik təkrar emal olunacaq, ondan faydalı maddələri əldə etmək olacaq və ətraf mühitin çirklənməsini qarşısını almaq mümkün olacaq.

Mənbə: “Current Biology” jurnalı