Gədəbəydə karantin rejimini pozan çay evi aşkarlanıb

19:20 15-09-2021 326

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayonun Slavyanka kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, obyekt sahibi Elşən Əliyev və müştərilər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.