TBMM sədrindən Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım – FOTO

20:20 15-09-2021 467

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Bakının erməni və bolşevik işğalından azad edilməsinin növbəti ildönümü ilə bağlı paylaşım edib.

“Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını erməni və bolşevik işğalından azad edib.

Türkiyə - Azərbaycan qardaşlığının nişanəsi olan bu hadisənin 103-cü ildönümü münasibətilə başda Nuri Paşa olmaqla əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla anıram”, -  o qeyd edib.