Milli üzvü oynadı, komandası səfərdə qalib gəldi - VİDEO

20:40 15-09-2021 465

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

HerGun.Az xəbər verir ki, turnirin yeni mövsümü C qrupundakı bir qarşılaşma ilə başlayıb.

Günün yeganə oyunu Moskvada baş tutub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın “Legiya” klubu Rusiyada “Spartak” (Moskva) klubu ilə üz-üzə gəlib.

Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tək qolu qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Lirim Kastrati vurub.

Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.

Qeyd edək ki, C qrupunun digər oyununda İngiltərə “Lester”i İtaliya “Napoli”sini qəbul edəcək.