Obama İstanbul səfəri barədə danışdı

23:20 15-09-2021 14

ABŞ-ın keçmiş prezidenti Barak Obama “Reshape Virtual Summit 2021” adlı tədbirdə 2009-cu ildə gerçəkləşdirdiyi İstanbul səfərindən danışıb.

“Prezident olaraq ilk xarici turumda İstanbula səfər etdim və bu çox gözəl idi. Fövqəladə insanların olduğu fövqəladə bir ölkə. Bəlkə də İstanbulda etdiyim ən mənalı iş inanılmaz gənclərlə görüşmək idi”, - deyə eks-prezident bildirib.

O, həmçinin Sultan Əhməd məscidinə ziyarətini özü üçün mühüm təcrübə adlandırıb.

Mənbə: “Haber Global”