Bakıda gənc döyülərək qətlə yetirilib – FOTO

01:20 16-09-2021 361

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Məhəmməd Hadi küçəsi 74, mənzil 94 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Hüseynov Hüseyn Faiq oğlu hələlik adı, soyadı bilinməyən şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Fakt Xətai Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Mənbə: APA.az