Millətlər Liqası: İspaniya yığması İtaliyanı məğlub edərək finala yüksəlib - VİDEO

01:00 07-10-2021 478

Millətlər Liqasının yarımfinalında İtaliya millisi İspaniyanı qəbul edib.

“San Siro” stadionunda baş tutan qarşılaşmada İspaniya səfərdə 1:2 hesabı ilə qələbə qazanıb.

İspaniya millisində 17 və 45-ci dəqiqələrdə Ferran Torres dubl ilə yadda qalıb.

İtaliyanın yeganə qolunu isə Pelleqrini(83-cü dəqiqədə) vurub.

İtaliya millinin üzvü Leonardo Bonuççi 42-ci dəqiqədə qırmızı vərəqə alaraq oyunu tərk edib.