Orenburqda bir gündə doqquz nəfər saxta alkoqoldan zəhərlənərək həyatını itirib - VİDEO

08:00 08-10-2021 26

Rusiya Federasiyasının Orenburq vilayətində bir gün ərzində doqquz nəfər saxta alkoqoldan zəhərlənərək həyatını itirib. 

Qeyd olunur ki, beş nəfər Dombarovski rayonun Krasnoçabanski qəsəbəsində həyatını itirib.

Alkoqoldan həyatını itirən digər dörd nəfər isə Yasenski rayonunun Akjarskoe kəndinin sakinləridir.

Alkoqolun qurbanları 36-73 yaş arası insanlar olub.

Hazırda hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırır.

Mənbə: “Vesti”