Texniki Universitetin baş müəllimi vəfat edib – FOTO

19:20 08-10-2021 28

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının baş müəllimi Elxan Məmmədov vəfat edib.

Bu barədə Texniki Univetsitet məlumat yayıb.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

Elxan Məmmədov 1987-ci ildən 1991-ci ilə kimi AzTU-nun Elmi-tədqiqat şöbəsində mühəndis, sonra isə böyük mühəndis vəzifəsində işləyib.

1993-cü ildən AzTU-nun müxtəlif kafedralarında baş müəllim kimi çalışıb.