Adel 45 kiloqram arıqlamağın sirrini açdı

05:00 09-10-2021 27

Dünyaca məşhur britaniyalı müğənni Adel 45 kiloqram arıqlamağın sirrini açıb.

Məşhur jurnalın üz qabığının növbəti qəhrəmanı olan 33 yaşlı pop müğənni məsələni şərh edərkən qeyd edib ki, arıqlamağın psixi sağlamlıq və güclü iradə ilə böyük əlaqəsi var.

“Hər şey mənim narahatlığımla başladı. Məşq edəndə vəziyyətimin yaxşılaşmağa doğru getdiyini müşahidə edirdim. Arıqlamaq məqsədim yox idi, sadəcə güclü olmaq və telefonsuz daha çox vaxt keçirmək istəyirdim”, - deyə məşhur sənətçi qeyd edib.

Adel əlavə edib ki, beləliklə o, qısa müddət ərzində idmana aludə olmağa başlayıb və indi hər gün idmanla məşğul olur:

“Səhərlər fiziki məşqlər edirəm, sonra gəzintiyə çıxıram və ya boksa gedirəm, axşam isə kardioya yükləmələrə üstünlük verirəm”.

Mənbə: “Vogue” jurnalı