Azərbaycanda bədbəxt hadisə: Qurğu fəhlənin qolunu qopardı

09:20 09-10-2021 665

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

“Report”un məlumatına görə, şəhər sakini, 1965-ci il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi “Kristal Beton” zavodunda avtomobilə qum-çınqıl tökən avadanlığın altındakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.