Britni Spirsin uşaqlarının şəkilləri hər kəsi təəccübləndirdi - FOTO

18:00 09-10-2021 500

Sosial şəbəkələrdə məşhur amerikalı müğənni Britni Spirsin uşaqlarının fotoları yayılıb.

16 yaşlı Şon Preston və 15 yaşlı Ceyden Ceymsin görüntüləri bir çox istifadəçilər tərəfindən müzakirə mövzusu olub.

Fotoları yeniyetmələrin ataları Kevin Federlaynın dostu paylaşıb. Kadrların hansısa əyləncəli tədbirdən çəkildiyi güman edilir.

Qeyd edək ki, Britni övladları ilə tez-tez görüşmək imkanına malik deyil. Həmçinin yeniyetmələr ulduz analarının sosial şəbəkə hesabında paylaşılmağı sevmirlər. Bu səbəbdən ifaçı ancaq onlar icazə verdiyi halda uşaqlarının şəklini paylaşa bilir. Belə ki, sonuncu dəfə onların şəkli ötən il  Britni tərəfindən paylaşılmışdı. Cəmi bir il ərzində uşaqların belə yetkin görünüşü görənləri bərk təəccübləndirib.