Bayden ölkəyə qaçqın qəbulu kvotasını iki dəfə artırdı

18:40 09-10-2021 357

ABŞ Prezidenti Co Bayden 2022-ci maliyyə ilində ölkəyə qaçqın qəbulu kvotasını 62,5 min nəfərdən 125 minə qaldırıb.

Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Vaşinqton rəhbərliyi həmçinin Avropa və Orta Asiya ölkələrindən 10 min qaçqın qəbul etmək niyyətindədir.

Xatırladaq ki, may ayında dövlət başçısı ötən 2021-ci maliyyə ilində qaçqın qəbulu limitini 62,5 min nəfərə yüksəltmişdi (sələfi Donald Tramp bu rəqəmi 1980-ci ildən bəri ən aşağı həddə - 15 min nəfərə qədər endirmişdi).

Mənbə: TASS