Ermənistan vətəndaşı Azərbaycanla sərhəddə öz minalarına düşdü

20:40 09-10-2021 22

Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş əyalətində gecə saatlarında mina partlayışı baş verib.

Partlayış nəticəsində Çinari kəndinin sakini, 30 yaşlı Nver Makaryan yaralanıb. Yaralı hərbi hospitala çatdırılıb.

Qeyd edək ki, Ermənistan vətəndaşı məhz öz ölkəsinin Silahlı Qüvvələrinin basdırdığı minalardan birinə düşüb.

Mənbə: Sputnik Ermənistan