Mingəçevirdə avtomobil ağaca çırpıldı: Ölən və yaralananlar var

01:00 10-10-2021 375

Goranboyda ölümlə nəticələnən yol qzəası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xanqərvənd kəndi istiqamətindən keçən yolda baş verib.

İdarəetmədən çıxan minik maşını yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 35 yaşlı Pərvin Abbasov hadisə yerində keçinib.

Maşında olan ailənin digər üzvləri - qadın və uşaqlar yaralı vəziyyətdə Gəncədə yerləşən klinikalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.