Yəməndə qubernatora qarşı sui-qəsd həyata keçirilib

18:20 10-10-2021 384

Yəməndə Ədənin Qubernatoru Əhməd Lyamlyasın həyatına sui-qəsd cəhdi olub.

Belə ki, rəsmi şəxslərin olduğu avtomobil karvanına bombalı hücum həyata keçirilib.

Partlayış nəticəsində beş nəfər həyatını itirib, onlardan  dördü qubernatorun mühafizəçiləridir. Qubernatorun isə xəsarət almadığı bildirilir. 

Mənbə yazır ki, partlayış Ədənin qərbindəki Ət-Tavahi ərazisində baş verib.

Mənbə: “Al-Jazeera”