Qazaxda yolu keçmək istəyən piyadanı avtomobil vurdu

21:40 10-10-2021 539

Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında baş verib.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1986-cı il təvəllüdlü Nemət Əzizovu vurub.

Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.