Gürcüstan reqbiçiləri Avropa çempionu oldular

05:20 11-10-2021 28

Gürcüstanın gənclərdən ibarət reqbi milli komandası Rusiyanın Kalininqrad şəhərində təşkil edilən Avropa çempionatının qalibi olub.

Finalda gürcü reqbiçilər portuqaliyalı həmyaşıdlarına 27:0 hesabı ilə qalib gəliblər.

Gürcüstan millisinin kapitanı Petre Xutsişvili qələbələrini Batumidə yaşayış binasının çökməsi nəticəsində həlak olan həmvətənlərinə həsr etdiklərini bildirib.

Mənbə: “Sputnik” Gürcüstan