Çində sərnişinlərlə dolu avtobus çaya düşüb - VİDEO

11:40 11-10-2021 357

Çinin Hebei vilayətinin Pinşan bölgəsində sərnişin avtobusu çaya düşüb.

Şahidlərin hadisə yerindən paylaşdığı görüntülərdə sərnişin avtobusunun suyun üzərində yalnız damı görünür.

Bir neçə nəfər sərnişin isə nəqliyyat vasitəsinin üstünə çıxaraq xilas olmağa çalışır.

Çayda axının güclü olması ilə əlaqədar sərnişinlərdən heç kim sahilə tərəf üzməyə cəhd etməyib.

Mənbə: “The Paper”