Meksika səfiri “OBA” marketin qonağı oldu - FOTO

12:00 11-10-2021 16

7 oktyabrda “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Vüsal Şərifov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüş keçirib.

Görüşdə, həmçinin Kommersiya direktoru Zaur Qarayev də iştirak edib. Görüşdə Meksika və Azərbaycan arasında sahibkarlıq və ticari məhsulların birgə inkişaf etdirilməsi müzakirə olunub.

Səfir R.Labardini şirkətlə keçirilmiş görüşdə  Meksika istehsalçılarının yerli bazara marağı haqqında məlumat verdikdən sonra “OBA” marketlərində satılan meksika məhsullarına baxış keçirib. 

1000-dən çox marketə sahib olaraq ən böyük marketlər şəbəkəsi olan “OBA” marketlər şəbəkəsinin son illər inkişafını yüksək qiymətləndirən səfir onun digər yerli marketlərdən ciddi fərqləndiyini, fərqli məhsullarla müştərilərinə xidmət etdiyini bildirdi. Həmçinin, “OBA” nın hazırki müasir görünüşünü və qonşu konseptini çox uğurlu olduğunu diqqətə çatdırdı.

Səfir marketlərdə Meksika məhsullarının sərgilənməsinin iki ölkənin sahibkarları arasında qarşılıqlı biznes inkişafına təkan verəcəyini bir daha vurğuladı.