Bakı-Salyan yolunda dəhşət: Sürücü məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO

16:20 11-10-2021 23

Bakı-Salyan yolunda sürücü məsuliyyətsizliyi qəzaya səbəb ola bilərdi.

HerGun.Az xəbər verir ki, yolda hərəkətdə olan 50-CR-952 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin ön təkəri qəfildən yerindən çıxıb və həmin istiqamətdə gedən maşının qarşısına düşüb.

Bu zaman digər avtomobilin sürücüsünün ayıqlığı nəticəsində faciənin qarşısı alınıb.

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə sürücülərə uzaq yol çıxmazdan əvvəl avtomobilin sazlığının yoxlanılması ilə bağlı xəbərdarlıq edib.

İlhamə Əbülfət