Türkiyədə koronavirusa yoluxma sayında yarımillik rekord qeydə alınıb

00:20 12-10-2021 402

Türkiyədə koronavirusa yoluxanların sayı aprelin 30-dan bu yana ən yüksək həddə çatıb.

Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, oktyabrın 11-də 30 563 yeni COVID xəstəsi aşkar olunub.

Sutka ərzində ölümcül virusdan 188 nəfərin həlak olduğu bildirilib.

Qeyd edək ki, indiyədək Türkiyədə ən yüksək günlük yoluxma sayı cari ilin aprelin 16-da qeydə alınıb və 63 082 nəfər təşkil edib.

Ən yüksək sutkalıq ölüm faktı (394 nəfər) isə aprelin 30-na təsadüf edib.