Koronavirusun orqanizmdə davam etmə müddəti açıqlandı

00:40 12-10-2021 690

Pasiyentlərdə koronavirus orta hesabla 11 gün davam edir, lakin bəziləri cəmi bir neçə gün ərzində də sağala bilərlər.

Bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutundan elm adamları məlumat verib.

Onların sözlərinə görə, xəstəlik 28 günə qədər davam edə bilər, ancaq bu, 14-cü gündən sonra  ağırlaşmalarla əlaqədar olur. Bəzi hallarda fəsadların simptomları üç aydan çox - altı aya qədər, bəzən daha uzun müddət davam edir.

Mütəxəssislər hesab edir ki, xəstəliyin müddəti müalicənin vaxtında və düzgün aparılmasından, həmçinin orqanizmin xüsusiyyətlərindən asılıdır.

Elm adamları həmçinin onu da vurğulayıblar ki, peyvənd vurduranlarda xəstəliyin davam etmə müddəti vaksinasiyadan keçməyənlərə nisbətən daha qısa müddətdə olur.

Mənbə: “RİA Novosti”