Nepalda avtobus qəzasında 25 nəfər öldü

02:40 13-10-2021 27

Nepalda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə ölkənin şimal-qərbindəki Muqu bölgəsində baş verib.

İnsident nəticəsində azı 25 nəfər ölüb. Həmçinin, çox sayda yaralıların olduğu bildirilib.

İlkin ehtimallara əsasən, qəzaya avtobusun əyləc sistemində yaranan nasazlıq səbəb olub.

Mənbə: BBC