“Saloğlu” mebel Mingəçevirdə! - FOTO/VİDEO

12:40 13-10-2021 346

“Saloğlu” yenə də öz sözünü deməkdədir. Bu dəfə Mingəçevir şəhərində növbəti diler mağazasının açılışı oldu.

“Saloğlu”nun bu diler mağazası da öz möhtəşəmliyi, məhsullarının zövq oxşayan üslubda sərgilənməsi ilə bölgədə seçilməkdədir. Burada “Saloğlu” fabriklərində istehsal edilən bütün mebellərə zövqlü toxunuşlarla sahib ola bilərsiniz. Keyfiyyəti hər kəsə bəlli olan mebellər alman və italyan dəzgahları vasitəsiylə “Saloglu” fabriklərində istehsal edilir. Hətta hazırda “Saloğlu”da 25 %-dən başlayan endirimlər qüvvədədir. Hər zövqə və hər evə uyğun mebellərə sahib olmaq üçün “Saloğlu” Mingəçevir diler mağazasına baş çəkməyiniz məsləhətdir.

“Saloğlu” fabrikinin satış direktoru Elşən Bayramlı: “Yüksək sürətlə hədəfə doğru irəliləməkdəyik. Saloğlu fabriki olaraq keyfiyyətli istehsal prosesimiz, daxili bazarda diler şəbəkə sistemimizin qurulması, bir sıra xarici ölkələrə etməyə başladığımız ixracat və s bu kimi yeniliklər ölkə üzrə peşəkar inkişaf yolunda olduğumuzun bariz göstəricisidir”.

O həmçinin qeyd edib ki, fabrikdə istehsal məşhur alman və italyan dəzgahları vasitəsilə icra edilməkdədir. Ölkəmizdə olduğu kimi, gələn ilin sonunadək “Saloğlu” brendi azı 15 ölkə olmaqla xarici bazarda da yer alacaq.

Qeyd edək ki, növbəti şad xəbər Zaqatala sakinlərinə olacaq. Yaxın zamanda orada da yeni “Saloğlu” mağazası fəaliyyətə başlayacaq.

Xatırladaq ki, “Saloğlu” mağazalarında sərgilənən mebellər eyni qiymətlərlə satışdadır. Əlavə məlumat üçün 055-525-85-76 və ya *1441 nömrəsinə zəng edə bilərsiniz.