ABŞ və İsraildən İrana xəbərdarlıq: Vaxt azalır

22:40 13-10-2021 24

ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda İsrail və BƏƏ XİN rəhbərləri Yair Lapid və Abdullah bin Zayed əl Nəhyan ilə görüşüb.

İsrail və ərəb dövləti arasındakı münasibətlərin normallaşmasının ildönümünə həsr olunmuş görüşdən sonra ortaq mətbuat konfransı təşkil edilib.

Tədbirdəki çıxışı zamanı Blinken İranın nüvə silahı əldə etməməsi barədə ABŞ-ın digər ölkələrlə həmfikir olduğunu bəyan edib. O, zamanın azaldığını və İranın öz yolundan dönməyəcəyi halda diplomatiyaya alternativ digər vasitələrin nəzərdən keçiriləcəyini bildirib.

Yair Lapid isə İranın hər ötən gün nüvə silahı əldə etməyə bir az da yaxınlaşdığı qeyd edib. O, İsrailin müdafiə haqqını özündə saxladığını bir daha xatırladıb və hər kəsin “digər vasitələr” ifadəsinin əsl mənasını anladığını vurğulayıb.

Mənbə: TRT