ÜST: Dünyada COVID ölümlərinin sayı son bir ilin ən aşağı səviyyəsinə düşüb

00:40 14-10-2021 405

Dünya üzrə koronavirusdan ölənlərin sayı azalmaqda davam edir.

Bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus bəyan edib.

O bildirib ki, həftə ərzində təxinən 50 min ölüm halı baş verib ki, bu da son bir ildə ən aşağı göstəricidir.

Xatırladaq ki, pandemiyanın başlanğıcından bəri 4.8 milyondan çox COVID ölümü qeydə alınıb.