Dünyanın ən çox kitab oxuyan ölkələri açıqlandı

01:40 14-10-2021 426

İngiltərənin “Global English Editing” mərkəzi ümumdünya qiraət indeksini açıqlayıb.

Dünyanın ən çox kitab oxuyan ölkələrinin siyahısına Hindistan başçılıq edir. Ölkə vətəndaşları qiraətə hər həftə orta hesabla 10 saat 42 dəqiqə vaxt sərf edirlər.

Reytinqdə ikinci yeri Tayland (9 saat 24 dəqiqə), üçüncü yeri isə Çin (8 saat) tutub.

Sonrakı pillələrdə Filippin, Misir, Çexiya, İsveç, Fransa, Macarıstan və Səudiyyə Ərəbistanı qərarlaşıb.

Mənbə: “Haber Global”