Azərbaycanda gimnaziyada şagird və müəllimlər koronavirusa yoluxdu: Tədris dayandırıldı

09:40 14-10-2021 375

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb. 

Nazirlikdən HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsilin distant formada davam etdirilməsinə qərar verilib.

Belə ki, gimnaziyada tədris bu gündən etibarən 14 gün müddətinə məsafədən təşkil ediləcək.

İlhamə Əbülfət