Ölkədə əks-göstəriş sertifikatı alanların sayı məlum olub

13:40 14-10-2021 370

Azərbaycanda bu günə qədər verilən əks-göstəriş sertifikatlarının sayı bəlli olub.

Səhiyyə Nazirliyindən HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib.

Həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar.