Azərbaycanda universitetin iki fakültəsində koronavirusa yoluxma: Qruplar bağlandı

15:00 14-10-2021 383

Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakültəsində koronavirus aşkarlanıb.

Bu barədə HerGun.Az-a Universitetin mətbuat katibi Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, Fizika və riyaziyyat fakültəsində 1, incəsənət və fiziki tərbiyə fakültəsində isə 1 qrup koronavirus aşkarlandığına görə distant təhsilə keçib.

İlhamə Əbülfət