Perm universitetində qətliam törədən gəncin yeni görüntüləri yayılıb – VİDEO

21:00 14-10-2021 394

Rusiyanın Perm universitetində 6 nəfərin ölümü və 40 nəfərin yaralanmasıyla nəticələnən silahlı hücum təşkil edən Timur Bekmansurovun yeni görüntüləri yayılıb.

Dzerjinski rayon məhkəməsi xüsusi olaraq “Perm qatili” üçün xəstəxanada iclas keçirib. Onun iki ay müddətinə həbs olumasına qərar verilib. Timurun öz müalicəsini təcridxanada davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Bekmansurov zərərsizləşdirilərkən yaralanıb və bir müddət xəstəxanada koma vəziyyətində qalıb.

Mənbə: TASS