Azərbaycan nefti bahalaşmaqda davam edir

10:20 10-11-2021 28

Azərbaycan nefti bahaşmaqda davam edir.

HerGun.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,15 ABŞ dolları və ya 0,17 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 86,24 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.