Həkimdən həyəcan TƏBİLİ: “Diş əti xəstəlikləri hamiləliyin gedişinə zərər vura bilər”

12:20 10-11-2021 33

Diş əti xəstəlikləri hamilə qadınlara zərər verə bilər.

HerGun.Az xəbər verir ki, bu sözləri mediaya müsahibəsində Ə.Əliyev adına ADHTİ-nin dosenti Cavid Əhmədbəyli deyib. 

Diş əti xəstəliklərinin hamilə qadınlara verə biləcəyi narahatlıqdan danışan həkim bildirib ki, bu zaman hamilələrdə arterial təzyiqin yüksəlməsi halları baş verə bilər:

“Müalicə olunmamış diş əti xəstəlikləri olan hamilə qadınlar preeklampsiya (hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi), vaxtından əvvəl (37-ci həftədən əvvəl) doğuş və normadan az çəkidə uşağın dünyaya gəlməsi kimi risklərə məruz qalır. Bu nəticələrin bəziləri eyni vaxtda baş verə bilər”.