Brilliant Dadaşovanın 33 il əvvəlki toy görüntüləri - FOTO/VİDEO

14:40 10-11-2021 439

Xalq artisti Brilliant Dadaşovanın 33 il əvvəlki toy mərasiminin görüntüləri ortaya çıxıb.

Görüntülər ATV-də yayımlanan “7 canlı” proqramında nümayiş olunub.

Belə ki, Xalq artistinin şad günü 1988-ci ildə baş tutub. Toyda ifaçının və həyat yoldaşı Ədalət Hacıyevin yaxın qohumları və ailə üzvləri, unudulmaz sənətkar Şövkət Ələkbərova, Xalq artisti, mərhum aktyor Rafael Dadaşov və başqa tanınmışlar yer alıblar.

Qeyd edək ki, sənətçinin həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur. Onların bu evlilikdən Cahad adlı bir övladı var.