Daşkəsəndə toyda gənci qətlə yetirən şəxs hakim qarşısına çıxarılacaq

18:00 10-11-2021 385

Daşkəsən rayonunda toyda 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Şakir Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 25-də Daşkəsən şəhərində keçirilən toy mərasimində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Ş.Tağıyev həmyerlisi, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Daha sonra Ş.Tağıyev Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.