Güclü külək yük maşınını aşırdı - YENİLƏNİB + FOTO/VİDEO

18:20 10-11-2021 394

Güclü küləyin aşırdığı yük maşınının görüntüləri yayıldı.

HerGun.Az xəbər verir ki, 99 JB 231 dövlət nömrə nişanlı yük avtomobili küləyin təsirindən minik avtomobilinin üzərinə aşıb.

Həmin görüntüləri təqdim edirik:

17:52

Bakıda güclü külək hərəkətdə olan yük avtomobilini aşırıb.

HerGun.Az xəbər verir ki, foto sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Güclü külək səbəbindən yük avtomobili minik avtomobilinin üzərinə aşıb. Nəticədə ölən və yaralanan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli