Əfqanıstanda taliblərə qarşı partizan mübarizəsi başlayıb

18:40 10-11-2021 46

Əfqanıstanın şərqindəki Ləğman vilayətində bir qrup silahlı şəxs ölkədə hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatına qarşı mübarizənin başladığını elan edib.

Əfqanıstanın sosial media seqmentində Milli Müqavimət Cəbhəsinə dəstək üçün yayılan videomüraciətdə silahlı qruplaşmanın Əhməd Məsudun rəhbərlik etdiyi Cəbhəni dəstəklədiyi bildirilib.

“Mücahidlər, hüquq və azadlıq mübarizləri ölkədə ədaləti təmin etmək və işğala son qoymaq üçün Ləğman vilayətində partizan aksiyalarına və döyüşlərə başlayıblar”, - deyə müraciətdə bildirilir.

Mənbə: İnterfaks