Bakının daha bir rayonunda külək ağacı avtomobilin üzərinə aşırdı – FOTO

19:40 10-11-2021 712

Bakının daha bir rayonunda güclü külək fəsad törədib.

HerGun.Az xəbər verir ki, belə hadisələrdən biri də Nəriman Nərimanov rayonu ərazisində baş verib. 

Belə ki, Faiq Yusifov küçəsində güclü külək nəticəsində ağac park vəziyyətində olan avtomobilin üzərinə aşıb.

Avtomobilə ciddi zərər dəyib. 

Qeyd edək ki, oxşar hal paytaxtın Yasamal rayonunda da baş vermişdi.