“Caliber” ermənilərin Qaragöl ətrafındakı uğursuzluğunun təfərrüatını açıqlayıb - VİDEO

22:00 10-11-2021 420

“Caliber” layihəsi noyabrın 9-da erməni silahlı qüvvələrinin Qarağöl yaxınlığındakı təxribatları barədə videomaterial hazırlayıb.

Layihənin “YouTube” səhifəsində yayımlanan süjetdə ermənilərin uğursuz cəhdlərinin təfərrüatı açıqlanır.

“Öz uğursuz sələflərindən nə iləsə fərqlənməyə çalışan Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyan silahlı qüvvələrin şəxsi heyətinə Qaragöl ətrafında, Azərbaycan - Ermənistan dövlət sərhədi yaxınlığında daha əlverişli mövqelər tutmaq barədə tapşırıq verib. O, iki yük avtomobillində atıcı silahlar və müvafiq sursatlarla təchiz edilmiş 60-dək erməni hərbçinin dövlət sərhəddi istiqamətində hərəkət etməsinə dair sənədi şəxsən imzalayıb”, - deyə süjetdə bildirilir.

Daha ətraflı “Caliber”in videomaterialında: