Sabirabadda gənc bıçaqlanıb

23:00 10-11-2021 362

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Zəngənə kəndində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan 20-25 yaş arasında olan gənc bıçaqlanıb.

Yaralı çoxlu qan itirdiyindən təcili olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.