Stallone, Şvartsnegger və Stethemin iştirak etdiyi filmdə üç nəfər yaralandı - FOTO/VİDEO

23:20 10-11-2021 40

Yunanıstanın Saloniki şəhərində “The Expendables 4” filminin çəkilişləri zamanı üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, zərərçəkənlərdən biri çəkiliş zamanı suya yıxılan texniki işçidir. Onun vəziyyəti ağır qiymətləndirilir.

İkinci zərərçəkən avtomobilin hərəkəti zamanı kaskadyor tərəfindən yaralanan operator olub. Üçüncü qəza Stethemin köməkçisi ilə baş verib - o, bir avtomobildən digərinə tullanarkən xəsarət alıb.

Məlumata görə, filmin çəkiliş meydançasındakı bədbəxt hadisələrə baxmayaraq, “The Expendables 4” filminin çəkilişləri davam edir.

Mənbə: Mega