COVID-19 peyvəndlərin tərkibi hər il yenilənə bilər

23:40 10-11-2021 377

Koronavirusun yeni təhlükəli ştammlarının yaranması COVID-19 peyvəndlərinin hər il yenilənməsini (modifikasiyasını) tələb edə bilər.

Bunu qurumun baş elmi işçisi Sumya Svaminathan Cenevrədəki mətbuat konfransında bildirib.

ÜST rəsmisi bildirib ki, mütəxəssislər pandemiyanın gələcək yeni təhlükəli növlərini aradan qaldırmaq üçün peyvəndlərin tərkibini modifikasiya etməyin mümkün olub-olmamasını öyrənirlər.

Sumya Svaminathanın sözlərinə görə, tərtibatçılar və elm adamları əmin olmaq istəyirlər ki, onlar lazım gələrsə hazırkı vaksinlərin tərkibini tez bir zamanda dəyişdirərək yaranacaq yeni ştammlara qarşı təsirli peyvənd ərsəyə gətirə biləcəklər.

Mənbə: TASS