ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədinə yaxınlaşdı

00:20 11-11-2021 352

Almaniyanın Ramşteyn aviabazasından havaya qalxan ABŞ-ın E-8C təyyarəsi Qara dənizin şimal-qərb, mərkəzi və şimal-şərq hissələrində beş saatdan artıq patrul xidməti həyata keçirib.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

ABŞ-a məxsus təyyarə Rusiya dövlət sərhədinə minimum 35 kilometr məsafədə olub.

Sərhədlərə yaxın uçuş zamanı ABŞ təyyarəsini Rusiya Aerokosmik Qüvvələrinin radar avadanlığı müşaiyət edib.