Sürücü törətdiyi dəhşətli qəzanı videoregistratorla anbaan qeydə aldı - VİDEO

01:40 11-11-2021 36

Rusiyanın İrkutsk vilayətində sürücü idarə etdiyi avtomobillə iki yeniyetməni vurub.

Ağır xəsarət alan qız və oğlan məktəblinin 13 yaşı var.

Hadisə avtomobildə olan videoregistrator vasitəsi ilə qeydə alınıb.

“Peugeot” avtomobilində sükan arxasında əyləşən sürücünün isə 34 yaşı olduğu bildirilir.

Xəsarət alan yeniyetmələr müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Mənbə: Life Shot “Telegram” kanalı