Xavi Pikeyə müsahibə verməyi qadağan etdi

06:20 11-11-2021 396

Xavi Hernandes “Barselona”da islahatları davam etdirir. 

“Barselona”nın 41 yaşlı yeni baş məşqçisi klubun ən təcrübəli futbolçularından biri olan Jerar Pikeyə İspaniyanın məşhur “El Hormiguero” tok-şousuna müsahibə verməyi qadağan edib.

Mənbə yazır ki, Xavi futbolçunun idmanla az əlaqəsi olan ictimai tədbirlərdə daha az görünməsini və diqqətini daha çox klubun işlərinə yönəltməsini istəyir.

Mənbə: Marca