Güclü külək Bakıda dörd avtomobili aşırdı - RƏSMİ

10:00 11-11-2021 356

“Ötən gün əsən güclü külək nəticəsində Bakıda dörd yük avtomobili aşıb”.

Bunu HerGun.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, ötən gün Bakı-Salyan yolu istiqamətində, Su İdman Sarayı - Bibiheybət yolunda hərəkətdə olan 3500 tona qədər ağırlıqda olan dörd yük avtomobili aşıb:

“Həmin yolda bir neçə saatlıq hərəkət istiqaməti dəyişdirilib. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib. Hazırda dəymiş ziyanlarla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi güclü külək səbəbindən 70 ağacın aşdığını açıqlayıb. Aşan ağaclar 10 avtomobilə ciddi ziyan vurub.

İlhamə Əbülfət